Xəzər Xəbər

Hazard Modriçin karyerasını bitirməyini gözləyir

İdman | 21:18 • 26 Noyabr 2019
Hazard Modriçin karyerasını bitirməyini gözləyir

"Real”ın futbolçusu Eden Hazard PSJ-də forma geyinən Kilian Mbappe haqda fikirlərini bildirib.

Hazard, fransız hücumçunun futbol tarixinin ən yaxşı oyunçularından biri ola biləcəyini deyib:

"Mbappe hazırda bütün diqqətini PSJ-yə verib. Gələcək üçün nə planladığını bilmirəm. O, çox istedadlıdır və bir neçə il ərzində dünyanın ən yaxşılarından olacaq. Mbappe hazırda çox qol vurur. Düzdür, mən Mbappe yaşda olarkən "Lill” ilə Fransa çempionu olmuşdum. Ancaq statistikaya baxdıqda, o, məndən üstündür. Mən yavaş-yavaş inkişaf etdim, o onsuz da üst səviyyədə idi."Real”ın heyətində meydana çıxan zaman Kriştiano Ronaldonun əvvəllər burda oynadığını düşünmürəm. Bizi müqayisə edənlər var. Mən Ronaldo qədər qol vurmayacağımdan əminəm, amma komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm."Real”a gələndə 10 nömrəli formanı istəyirdim, ancaq Luka Modriçdə olduğu üçün 7-ni seçdim. İndi Modriçin karyerasını bitirməsini gözləyirəm”.

Yayda "Real”a keçən Hazard, cari mövsümdə 12 oyunda 1 qol vurub.

Xəbər lenti