Xəzər Xəbər

Arda Turan "Qalatasaray"a qayıtsa...

İdman | 16:53 • 26 Noyabr 2019
Arda Turan "Qalatasaray"a qayıtsa...

"Başakşəhər"in futbolçusu Arda Turanla "Qalatasaray"ın baş məşqçisi Fatih Tərimin barışması həftəyə damğasını vuran hadisə oldu.


Məsələ "Hürriyet Spor"un dəyirmi masasında müzakirə olunub.


Bu barışıq Ardanın yenidən "Qalatasaray"a qayıtma ehtimalını artırıb.


Lakin veteran futbolçu Tümər Mətin Ardanın hazırki fiziki gücünün "Qalatasaray" üçün yetərli olmadığı fikrindədir.


Mehmet Arslan isə Mətinin əksinə, indiki durumda Ardanın Tərim üçün yaxşı silah olacağı qənaətindədir.


Qeyd edək ki, Arda Turan "Qalatasaray"ın yetirməsidir. İstanbul klubu 2011-ci ildə "Atletiko"ya 13 milyon avroya satıb. Futbolçu 4 il sonra 42 milyon avroya "Barselona"ya transfer olunub. Hazırda icarə əsasında "Başakşəhər"də çıxış edən yarımmüdafiəçi heyətə düşməkdə çətinlik çəkir. O, cari mövsümdə 11 oyunda meydana çıxaraq 292 dəqiqə oynayıb.


Fanat.Az

Xəbər lenti