Xəzər Xəbər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək

İdman | 09:37 • 26 Noyabr 2019
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start veriləcək

Noyabrın 26-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin beşinci turuna start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun birinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar üz-üzə gələcəklər. Gün ərzində oynanılacaq görüşlər aşağıdakılardır:

A qrupu:

"Qalatasaray” – "Brügge” (Belçika);

"Real Madrid” (İspaniya) - "Paris Sen-Jermen” (Fransa).

Qrupdakı vəziyyət: "Paris Sen-Jermen” – 12, "Real Madrid” - 7, "Brügge” - 2, "Qalatasaray” - 1.

B qrupu:

"Srvena Zvezda” (Serbiya) - "Bavariya” (Almaniya);

"Tottenhem” (İngiltərə) - "Olimpiakos” (Yunanıstan).

Qrupdakı vəziyyət: "Bavariya” - 12, "Tottenhem” - 7, "Srvena Zvezda” - 3, "Olimpiakos” - 1.

C qrupu:

"Atalanta” (İtaliya) - "Dinamo Zaqreb” (Xorvatiya);

"Mançester Siti” (İngiltərə) - "Şaxtyor” (Donetsk, Ukrayna).

Qrupdakı vəziyyət: "Mançester Siti” - 10, "Şaxtyor” - 5, "Dinamo Zaqreb” - 5, "Atalanta” - 1.

D qrupu:

"Lokomotiv” (Moskva, Rusiya) – "Bayer Leverkuzen” (Almaniya);

"Yuventus” (İtaliya) – "Atletiko Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: "Yuventus” - 10, "Atletiko Madrid” - 7, "Lokomotiv” - 3, "Bayer” - 3.

Xəbər lenti