Xəzər Xəbər

Sulşer təngə gəldi, Poqba bu qış satılır!

İdman | 20:52 • 25 Noyabr 2019
Sulşer təngə gəldi, Poqba bu qış satılır!

"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yanvarda klubunu dəyişə bilər.


İspaniyanın "Sore” radiosu xəbər verir ki, fransalı ulduz onu yaşıl meydanlardan təxminən 2 ay kənarda qoyan zədəsini tam sağaltsa da, MY-də oynamaq istəmir.


Bu üzdən "qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunar Sulşer yayda buraxmaq istəmədiyi Poqbanı bu qış yola salmağın tərəfdarıdır.


Fransa millisinin üzvünü rənglərinə bağlamaq üçün daha çox canfəşanlıq edən klub isə Madrid "Real”ıdır.


Fanat.Az

Xəbər lenti