Xəzər Xəbər

Mbappe PSJ rəhbərliyinə xəbər göndərdi

İdman | 16:03 • 25 Noyabr 2019
Mbappe PSJ rəhbərliyinə xəbər göndərdi

PSJ çoxsaylı təkliflərə baxmayaraq Kilian Mbappeni heç yerə buraxmaq niyyətində deyil.

"L’Equipe” nəşri xəbər verir ki, tərəflər danışıqlara başlayıb.

Parislilərlə olan indiki müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək futbolçu da klubunda qalmağın əleyhinə deyil. Hərçənd Mbappe meneceri vasitəsi ilə əməkhaqqının artırılmasını vacib saydığını klub rəhbərliyinə çatdırıb.

Mənbə yeni sazışin müddətinin 3 ildən az olmayacağı vurğulayıb.

Fanat.Az

Xəbər lenti