Xəzər Xəbər

Daha bir dünya ulduzu Türkiyəyə transfer olunur

İdman | 15:58 • 25 Noyabr 2019
Daha bir dünya ulduzu Türkiyəyə transfer olunur

Daha bir ulduz futbolçu Türkiyəyə transfer oluna bilər.


"L'Equipe" xəbər verir ki, "Beşiktaş" Dimitri Payeti heyətinə qatmaq istəyir. "Marsel"dən ayrılmaq istəyən futbolçunun təklifləri dəyərləndirəcəyi deyilir.


Qeyd edək ki, Payet 2017-ci ildə "Vest Hem"dən "Marsel"ə 30 milyon avroya transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 10 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçu 38 dəfə formasını geyindiyi Fransa millisində 8 qola imza atıb.


Fanat.Az

Xəbər lenti