Xəzər Xəbər

"Real" transfer danışıqlarına başladı 174 milyon avro...

İdman | 15:10 • 25 Noyabr 2019
"Real" transfer danışıqlarına başladı

"Real" transfer çalışmalarına start verib.


Madrid klubu "Çelsi"dən Kallum Hudson-Odoyu heyətinə qatmaq istəyir. "Kral Klubu"nun prezidenti Florentino Peres və baş məşqçi Zinəddin Zidanın 19 yaşlı forvardın transferini çox istədiyi deyilir.


"Çelsi"nin gənc futbolçu üçün 150 milyon funt-sterlinq (174 milyon avro) tələb etdiyi bildirilir. "Real"ın bu məbləği mümkün qədər aşağı salmağa çalışdığı deyilir.


Qeyd edək ki, Kallum Hudson-Odoy cari mövsümdə 13 oyuna çıxaraq 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti