Xəzər Xəbər

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turuna yekun vurulub

İdman | 09:08 • 25 Noyabr 2019
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turuna yekun vurulub

Noyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, həftənin son oyununda "Neftçi” "Qəbələ”ni qəbul edib. "Bakcell Arena”da baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.


Hesabı 17-ci dəqiqədə Soni Mustivar açıb. Ömər Buludov 24-cü, Stiven Monroz isə 35-ci dəqiqədə fərqlənməklə "Neftçi”nin üstünlüyünü bir qədər də möhkəmləndiriblər.


Meydan sahibləri ikinci hissədə daha 2 qol vurublar. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Evangelos Platellas "Qəbələ”ni məyus edib. Bundan 3 dəqiqə sonra isə Donald Gerye avtoqola imza atıb.


Bu qələbədən sonra xalını 21-ə çatdıran "Neftçi” 2-ci pilləyə yüksəlib. "Qəbələ” isə 9 xalla son sıradadır.


Qeyd edək ki, hesabat turunda "Sumqayıt” evdə "Qarabağ”ı 2:1, "Zirə” isə "Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Təkcə "Səbail” – "Sabah” oyununda qonaqlar qalib gəlib - 1:3.

Xəbər lenti