Xəzər Xəbər

Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

İdman | 09:03 • 25 Noyabr 2019
Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

Noyabrın 24-də Türkiyə Superliqasının XII turunda "Fənərbağça” səfərdə "Yeni Malatyaspor”un qonağı olub.


Xezerxeber.az xəbər verir ki, "Yeni Malatyaspor” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.


Günün digər oyunlarında "Göztəpə” səfərdə "Alanyaspor”u minimal hesabla məğlub edib 0:1. "Kayserispor” klubu isə doğma meydanda "Sivasspor”a 1:4 hesabı ilə uduzub. "Gənclərbirliyi” isə səfərdə "Kasımpaşa”nı 1:2 hesabı ilə üstələyib.


Tura noyabrın 25-də keçiriləcək "Antalyaspor” – "Qaziantepspor” matçı ilə yekun vurulacaq.


Hazırda "Sivasspor” 24 xalla turnir cədvəlinə liderlik edir. "Trabzonspor” və "İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.

Xəbər lenti