Xəzər Xəbər

Türkiyə Superliqası: “Beşiktaş” səfərdə minimal hesabla qələbə qazanıb

İdman | 09:14 • 24 Noyabr 2019
Türkiyə Superliqası: “Beşiktaş” səfərdə minimal hesabla qələbə qazanıb

Noyabrın 23-də Türkiyə Superliqasının XII turunda "Beşiktaş” səfərdə "Konyaspor”un qonağı olub.


Xezerxeber.az xəbər verir ki, oyun İstanbul təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu matçın 71-ci dəqiqəsində Burak Yılmaz vurub.


Günün digər oyunlarında "Trabzonspor” səfərdə "Ankaragücü”nün qapısından üç cavabsız top keçirib. "Dənizlispor” komandası isə doğma meydanda "Rizəspor”u 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.


Xatırladaq ki, turun açılış matçında "Qalatasaray” öz meydanında "İstanbul Başakşəhər”ə 0:1 hesabı ilə uduzub.


Noyabrın 24-də "Kayserispor” – "Sivasspor”, "Kasımpaşa” – "Gənclərbirliyi”, "Alanyaspor” – "Göztəpə”, "Yeni Malatyaspor” – "Fənərbağça” görüşləri oynanılacaq. Tura noyabrın 25-də keçiriləcək "Antalyaspor” – "Qaziantepspor” matçı ilə yekun vurulacaq.


Hazırda "Trabzonspor” və "İstanbul Başakşəhər” klubları 22 xalla ilk iki pillədə yer alıblar. Bir oyun az keçirən "Sivasspor” 21 xalla üçüncü, eyni xala sahib "Beşiktaş” isə dördüncüdür.

Xəbər lenti