Xəzər Xəbər

İtaliya A Seriyası: “Milan” - “Napoli” oyunda qalib müəyyənləşməyib

İdman | 09:09 • 24 Noyabr 2019
İtaliya A Seriyası: “Milan” - “Napoli” oyunda qalib müəyyənləşməyib

Noyabrın 23-də futbol üzrə İtaliya A Seriyasının 13-cü turunun mərkəzi görüşündə "Milan” doğma "San Siro” stadionunda "Napoli” komandasını qəbul edib.


Xezerxeber.az xəbər verir ki, oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.


Oyunda hesabı Neapol təmsilçi açıb. Matçın 24-cü dəqiqəsində Hirvinq Lozano qapı tirindən qayıdan topa dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan beş dəqiqə sonra milanlılar hesabda tarazlığı bərpa ediblər. Cakomo Bonaventura uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb 1:1.


Fasilədən sonra hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.


Turun ilk oyun gününün açılış matçında son çempion "Yuventus” səfərdə "Atalanta” komandasını 3:1 hesabı ilə məğlub edib. Turinlilərin heyətində Qonsalo Hiquain dubl edib. Digər qolu isə Paolo Dibala vurub. Berqamo təmsilçisinin yeganə qolunun müəllifi isə Robin Qosens olub.


Digər oyunda isə "İnter” komandası səfərdə "Torino”nu məğlub edib – 0:3.


Turun digər oyunları noyabrın 24-də və 25-də keçiriləcək.

Xəbər lenti