Xəzər Xəbər

"Qalatasaray"da şok itki Mövsümü erkən bitirdi

İdman | 14:01 • 23 Noyabr 2019
"Qalatasaray"da şok itki

"Qalatasaray” daha bir ağır itki ilə üzləşib.


Komandanın aparıcı futbolçularından Kristian Luyindama ciddi zədə alıb.


Konqo millisinin heyətində zədələnən 25 yaşlı müdafiəçinin diz bağlarının qopduğu aşkarlanıb. Luyindamanın yaxın günlərdə dizindən əməliyyat olacağı, çox güman mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcəyi bildirib.


Klub həkimi "NTV Spor"a açıqlamasında müalicənin 7 ay davam edəcəyini bildirib: "Bu zədə dünyada orta hesabla 7 aya sağalır. Oyunçunun milli komandanın heyətində belə zədəsinin görməməzlikdən gəlinməsi böyük bir skandaldı".


Fanat.Az

Xəbər lenti