Xəzər Xəbər

"Çelsi" 21 yaşlı rusu bu qış aparmaq istəyir SON DURUM

İdman | 13:56 • 23 Noyabr 2019
"Çelsi" 21 yaşlı rusu bu qış aparmaq istəyir

"Çelsi” Moskva MOİK-inin forvardı Fyodor Çalovla maraqlanır.

Londonlular 21 yaşlı rusu yanvarda rənglərinə bağlamaq niyyətindədi. Bunun üçün öncə UEFA "zadəganlar”a qoyduğu transfer qadağasını ləğv etməlidi.

İnformasiyanı yayan "Sky Sports” Çalovun keçidini İngiltərə klubunun sahibi Roman Abramoviçin şəxsən istədiyini vurğulayıb.

Qeyd edək ki, "Kristal Pelas” da gənc hücumçuya elçi düşüb. Yayda 23 milion funt-sterlinqlik təkliflə çıxış edən klub MOİK-dən rədd cavabı alsa da, son olaraq Fyodora görə 25 milyon xərcləməyə hazır olduğunu açıqlayıb.

Fanat.Az

Xəbər lenti