Xəzər Xəbər

De Liqt: "Yuventus"a transfer olduğum üçün peşman deyiləm"

İdman | 14:48 • 22 Noyabr 2019
De Liqt: "Yuventus"a transfer olduğum üçün peşman deyiləm"

"Yuventus"un müdafiəçisi Matteys de Liqt Niderland futbolunun əfsanəsi Patrik Kluyvertin onun haqda dediyi fikirlərə münasibət bildirib.

20 yaşlı futbolçu Turin klubuna keçdiyi üçün peşman olmadığını deyib:

"Kluyvert kimi əfsanə belə deyirsə, düşünürlər ki, doğru danışıb. Ancaq bu, onun fikirləridir. Sənin üçün çox pul xərclənibsə, tənqidlərinfərqində olursan. Komanda yoldaşlarım və azarkeşlər performansımdan məmnundur. Mən buna görə də xoşbəxtəm və peşmanlıq hissi yoxdur".

Kluyvert de Liqtin "Yuventus"a keçdiyi üçün peşman olduğunu səsləndirmişdi. "Qoca sinyora" niderlandlı futbolçunu "Ayaks"dan 75 milyon avroya transfer edib.

Xəbər lenti