Xəzər Xəbər

Türkiyə klubunun rusiyalı futbolçusu itib

İdman | 13:58 • 21 Noyabr 2019
Türkiyə klubunun rusiyalı futbolçusu itib

Türkiyənin "Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itib.


Apasport.az saytının məlumatına görə, bunu paytaxt təmsilçisinin məşqçisi Muatafa Kaplan açıqlayıb.


O bildirib ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə istirahətə buraxılan 30 yaşlı hücumçu geri dönməyib: "Biz onunla əlaqə saxlaya bilmirik. 7-8 gün keçsə də, hələ də gəlməyib. Biz onu tapa bilmədiyimizdən azarkeşlərə izah verməyi zəruri saydıq”.


Qeyd edək ki, 2019-cu ilin fevralında Ankara klubuna keçən Z.Sadayev əvvəllər vətənində "Axmat”, Polşada "Lex” və "Lexiya”da, İsraildə "Beytar”da oynayıb.

Xəbər lenti