Xəzər Xəbər

Danimarka və İsveçrə final mərhələsində, İtaliya Ermənistana biabırçı məğlubiyyət yaşatdı

İdman | 10:52 • 19 Noyabr 2019
Danimarka və İsveçrə final mərhələsində, İtaliya Ermənistana biabırçı məğlubiyyət yaşatdı

AÇ-2020-nin seçmə mərhələsində sonuncu turun oyunları davam edir.

Bu gün D, F və J qruplarında 8 matç baş tutub.

D qrupunda Danimarka İrlandiya ilə 1:1 hesablı heç-heçə edərək, final mərhələsinə yüksəlib. Qrupun digər qarşılaşmasında Cəbəllütariqi məğlub edən İsveçrə də Avropa çempionatına vəsiqə qazanıb.

AÇ-2020
Seçmə mərhələ, X tur

18 noyabr (bazar ertəsi)

D qrupu

İrlandiya - Danimarka - 1:1

Qollar: Mett Doerti, 85 - Martin Braytvayt, 73

Cəbəllütariq - İsveçrə - 1:6

Qollar: Ris Stayk, 74 - Sedrik İtten, 10, 84, Ruben Varqas, 50, Kristian Fassnaxt, 57, Loris Benito, 75, Qranit Caka, 86

F qrupu

İsveç - Farer adaları - 3:0

Qollar: Sebastian Andersson, 29, Matias Svanberq, 72, Con Qvidetti, 80


İspaniya - Rumıniya - 5:0

Qollar: Fabyan, 8, Xerard Moreno, 33, Alvaro Morata, 43, Adrian Rus, 45 (avtoqol), Mikel Oyarsabal, 90

Malta - Norveç - 1:2

Qollar: Pol Feneç, 40 - Coşua Kinq, 7, Aleksander Sörlott, 62

Qeyri-dəqiq penalti: Coşua Kinq, 67 (Norveç)

J qrupu

Lixtenşteyn - Bosniya və Herseqovina - 0:3

Qollar: Eldar Çiviç, 57, Armin Hodziç, 64, 72


İtaliya - Ermənistan - 9:1

Qollar: Çiro İmmobile, 8, 33, Nikolo Zaniolo, 9, 64, Nikolo Barella, 29, Alessio Romanyoli, 72, Jorjinyo, 75 (pen.), Rikkardo Orsolini, 78, Federiko Kyeza, 81 - Edqar Babayan, 79

Yunanıstan - Finlandiya - 2:1

Qollar: Petros Mantalos, 47,Konstantinos Qalanopoulos, 70 - Temu Pukki, 27


Xəbər lenti