Xəzər Xəbər

"Mançester Siti" türk ulduzu transfer edir

İdman | 13:50 • 17 Noyabr 2019
"Mançester Siti" türk ulduzu transfer edir

"Mançester Siti" türk futbolçuya "elçi düşüb".


"Sky Sports" xəbər verir ki, qış fasiləsində müdafiə xəttini gücləndirməyi planlaşdıran Premyer Liqa klubu "Lester"dən Çağlar Söyüncünü heyətinə qatmaq istəyir.


Aymerik Laporte və Aleksandr Jinçenkonun zədələnməsindən sonra müdafiədə ciddi problemlərlə üzləşən baş məşqçi Pep Qvardiola türk futbolçunun adını transfer siyahısına salıb. "Mançester Siti" qışda "Lester"lə danışıqlara başlayacaq.


Qeyd edək ki, Çağlar Söyüncü 2018-ci ilin yayında "Frayburq"dan "Lester"ə 21,1 milyon avroya transfer olunub. 23 yaşlı stoper cari mövsümdə 13 rəsmi oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti