Xəzər Xəbər

“Barselona”nın ulduzu Rəşad Sadıqovu arxada qoyub

İdman | 14:27 • 16 Noyabr 2019
“Barselona”nın ulduzu Rəşad Sadıqovu arxada qoyub

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az-ın məlumatına görə, Azərbaycan yığmasının siyahıdakı yeganə təmsilçisi Rəşad Sadıqovun mövqeyi dəyişib.

Millidə keçirdiyi 111 oyunla komandamızın mütləq rekordçusu olan 37 yaşlı müdafiəçi 267-276-cı yerlərə şərikdir. O, Qodfri Çitalu (Zambiya), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Careh Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), İqor Akinfeyev (Rusiya), Alvaro Saborio (Kosta-Rika) və Armando Kuper (Panama) ilə eyni mövqeyi bölüşür.

R.Sadıqovun şəriklərindən biri isə oyun sayını 112-yə çatdıraraq bu futbolçuları arxada qoyub. Bu, Uruqvay yığmasının futbolçusu Luis Suaresdir.

"Barselona”nın ulduzu ABŞ-la dünən keçirilən görüşdə meydana çıxmaqla 2007-ci ildə debüt etdiyi millidə 112-ci oyununu keçirib.

Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

Xəbər lenti