Xəzər Xəbər

“İnter”in baş məşqçisinə içərisində güllə olan anonim məktub göndəriblər

İdman | 11:55 • 16 Noyabr 2019
“İnter”in baş məşqçisinə içərisində güllə olan anonim məktub göndəriblər

İtaliyanın "İnter” klubunun baş məşqçisi Antonio Konte xoşagəlməz hadisə ilə üzləşib.


Apasport.az-ın məlumatına görə, tanınmış mütəxəssisə anonim məktub gəlib.


Məktubun içərisinə güllə də qoyulub. Məsələ ilə bağlı polis araşdırması başlayıb.


Hüquq-mühafizə orqanları A.Kontenin müdafiə edəcəyini bildirib. Onun evi və komandanın məşq bazasına mühafizəçilər yerləşdiriləcək.


Qeyd edək ki, A.Konte bu ilin yayından Milan təmsilçisini çalışdırır.

Xəbər lenti