Xəzər Xəbər

9 futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı

İdman | 14:58 • 15 Noyabr 2019
9 futbolçu Türkiyə millisinin heyətindən çıxarıldı

"AVRO-2020"nin seçmə mərhələsində İslandiya ilə heç-heçə (0:0) edərək final mərhələsinə vəsiqəni təmin edən Türkiyə Andorra ilə oyuna hazırlaşır.


Baş məşqçi Şenol Günəş 9 futbolçunu heyətdən çıxarıb. Belə ki, Emre Belözoğlu, Burak Yılmaz, Cengiz Ünder, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mert Günok "cırtdan ölkə" ilə oyunda iştirak etməyəcək.


Əvəzində baş məşqçi U-21-dən Ahmet Kutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldürü əsas komandaya dəvət edib.


Qeyd edək ki, Türkiyə yığması noyabrın 17-də Andorranın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23.45-də başlayacaq. "Ay-ulduzlular" qrup birincisi ola bilər. Bunun üçün Türkiyə qələbə qazanmalı, Fransa Albaniya ilə səfər oyununda xal itirməlidi.


Fanat.Az

Xəbər lenti