Xəzər Xəbər

İkardi ilə danışıqlar başladı

İdman | 11:05 • 15 Noyabr 2019
İkardi ilə danışıqlar başladı

PSJ Mauro İkardini birdəfəlik almaq istəyir.

Paris təmsilçisi müqavilə ilə "İnter"ə məxsus olan argentinalı hücumçunun oyunundan razı olduğu üçün onu komandada saxlamağı düşünür. Klub nümayəndələrinin artıq 26 yaşlı futbolçunun agenti və xanımı Vanday Narayla danışıqlara başladığı və müqavilənin detallarını müzakirə etdiyi bildirilib.

PSJ yayda icarəyə götürdüyü İkardinin təzminat qiyməti olan 65 milyon avro ödəməyi planlaşdırır. Klub futbolçunun özü ilə isə 5 illik müqavilə imzalamaq istəyir.

Xəbər lenti