Xəzər Xəbər

İbrahimoviç harda qərar tutacaq? - SON DURUM

İdman | 20:03 • 14 Noyabr 2019
İbrahimoviç harda qərar tutacaq? - SON DURUM

Zlatan İbrahimoviçin karyerasını hansı klubda davam etdirəcəyi böyük maraq doğurur.

Sosial şəbəkədə MLS-lə vidalaşdığını özünəməxsus şəkildə açıqlayan İbra karyerasını bitirmək haqda düşünmür.

"Gəldim, gördüm, qələbə qazandım... Beysbola baxmağa davam edin” yazaraq "Los Anceles Qalaksi”ylə yolları ayıran ulduz hücumçunun Fransa klublarından biri ilə danışıq aparması son məlumatdı.

Maraqlıdır ki, mənbə bu klubun PSJ olmadığını xüsusi şəkildə vurğulayıb. ABŞ mətbuatına inansaq, isveçli forvard yanvardan sonra "Liqa 1"də top qovacaq.

Hərçənd İtaliya mətbuatı "Bolonya"nın hərəkətə keçdiyi barədə məlumat yayıb.

Fanat.Az

Xəbər lenti