Xəzər Xəbər

Türkiyə millisində Cenk Tosun şoku

İdman | 17:46 • 14 Noyabr 2019
Türkiyə millisində Cenk Tosun şoku

AÇ-2020-nin seçmə mərhələsinin son oyunlarında İslandiya və Andorra ilə qarşılaşacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.

"Everton"un forvardıCenk Tosun yığmanın məşqində zədələnib. 28 yaşlı hücumçu bu səbəbdən son oyunlarda Türkiyə yığmasına kömək etməyəcək.

Türkyə yığması noyabrın 14-də İstanbulda İslandiyanı qəbul edəcək. Şenol Güneşin rəhbərlik etdiyi kollektiv üç gün sonra Andorranın qonağı olacaq.

Xəbər lenti