Xəzər Xəbər

Ronaldo onu əvəzləyən məşqçini söyüb? SON ANDA

İdman | 15:14 • 13 Noyabr 2019
Ronaldo onu əvəzləyən məşqçini söyüb?

Kriştiano Ronaldo "Yuventus”un baş məşqçisi Maurisio Sarrini hədələməyib.

Xəbər İtaliya idman mətbuatının bugünkü araşdırmasından sonra bir neçə mənbədə verilib.

Həmkarlarımız ulduz forvardın "Milan”la görüşdə (1:0) əvəzlənəndən sonra portuqal dilində narazılıq etdiyini, mütəxəssisə "hansı cəhənnəmə” dediyini açıqlayıb.

Bu da məlumdur ki, "Yuve” rəhbərliyi ardıcıl ikinci oyunda əvəzləndiyinə görə hiddətlənən oyunçu ilə görüşəcək.

Qeyd edək ki, KriRo milanlılarla matçda meydandan alınandan sonra oyuna baxmadan paltardəyişmə otağına yollanıb.

Fanat.Az

Xəbər lenti