Xəzər Xəbər

İlin futbolçusu seçildi RONALDO GERİLƏDİ

İdman | 10:51 • 13 Noyabr 2019
İlin futbolçusu seçildi

Tanınmış "Goal” internet dərgisi ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

XəzərXəbər-in APA-ya istinadla məlumatına görə, siyahıda 1-ci yeri "Liverpul”un hollandiyalı müdafiəçisi Vircil Van Deyk tutub.

"Barselona”nın argentinalı hücumçusu Lionel Messi 2-ci, "Liverpul”un misirli forvardı Məhəmməd Salah 3-cü yeri tutub. "Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldo isə 4-cü yerlə kifayətlənib.

"Top-10”da Sadio Mane ("Liverpul”, Seneqal), Rahim Sterlinq ("Mançester Siti”, İngiltərə), Alison Beker ("Liverpul”, Braziliya), Frenki De Yonq ("Ayaks”/"Barselona”, Hollandiya), Bernardu Silva ("Mançester Siti”, Portuqaliya) və Kilian Mbappe (PSJ, Fransa) da yer alıblar.

Xəbər lenti