Xəzər Xəbər

Joze Mourinyo: "Premyer Liqada çempionluq yarışı bitdi"

İdman | 18:32 • 11 Noyabr 2019
Joze Mourinyo: "Premyer Liqada çempionluq yarışı bitdi"

Sonuncu dəfə "Mançester Yunayted"i çalışdırmışJoze Mourinyo İngiltərə Premyer Liqasındakı çempionluq yarışı barədə danışıb.

Portuqaliyalı mütəxəssis çempionatın 12-ci turunda "Liverpul"un "Mançester Siti"yə 3:1 hesabı ilə qalib gəlməsi ilə çempionluq yarışına son qoyduğunu deyib:

"Məncə, Premyer Liqada çempionluq yarışı bitib. Qeyri-adi hal yaşanmasa, məsələn, zədə epidemiyası olmasa, "Liverpul"un çempionluğu əldən verəcəyinə inanmıram"

"Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir."Lester Siti" və "Çelsi" 26 xalla 2-3-cü yerləri bölüşür. "Mançester Siti" 25 xalla 4-cüdür.

Xəbər lenti