Xəzər Xəbər

Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

İdman | 10:17 • 10 Noyabr 2019
Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.

Azərbaycan Cüdo Federasiyasında verilən məlumata görə, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib. Bütün idmançılarımız Kamerunda medal qazanmağa müvəffəq olublar.

Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

Xəbər lenti