Xəzər Xəbər

“Lester” bu mövsüm 8-ci qələbəsini qazanaraq turnir cədvəlində ikinci yerə yüksəlib

İdman | 09:25 • 10 Noyabr 2019
“Lester” bu mövsüm 8-ci qələbəsini qazanaraq turnir cədvəlində ikinci yerə yüksəlib

Noyabrın 9-da İngiltərə Premyer Liqasında 12-ci turun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən "Lester Siti” doğma azarkeşlər önündə Premyer Liqanın favoritlərindən sayılan "Arsenal” klubunu qəbul edib.


Birinci hissədə hesab açılmasa da fasilədən sonra meydan sahibləri ardıcıl iki qol vuraraq 2:0 hesabı ilə qələbə qazanıb.


"Lester”in heyətində Jeyms Vardi (68) və Jeyms Maddison (75) fərqləniblər.


Bu "Lester”in cari mövsüm 8-ci qələbəsi olub. Bu qələbədən sonra 26 xal toplayan "Lester Siti” turnir cədvəlində ikinci pilləyə yüksəlin. "Arsenal” isə 17 xalla 6-ci pillədə qərarlaşıb.

Xəbər lenti