Xəzər Xəbər

Almaniya Bundersliqasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib - NƏTİCƏLƏR

İdman | 09:34 • 10 Noyabr 2019
Almaniya Bundersliqasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib -

Noyabrın 9-da Almaniya Bundersliqasında 11-ci turun mərkəzi qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, çempionluğa iddialı və əzəli rəqiblər sayılan "Bavariya” və "Borussiya” üz-üzə gəlib.


"Allianz Arena”da baş tutan görüşdə "Bavariya” rəqibinə şans verməyərək qapısından dörd cavabsız top keçirib.


Son çempionun heyətində Robert Levandovski (2), Serj Qnabri və Mats Hummels (avtoqol) fərqləniblər.


"Bavariya” 21 xalla 11-ci yerdədir, "Borussiya” isə 19 xalla 5-ci yerdə qərarlaşıb.


Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:


"Köln” - "Hoffenhaym” - 1:2;


"Maynz” - "Union Berlin” - 2:3;


"Şalke” - "Fortuna” - 3:3;


"Herta Berlin” - "Leyptsiq” - 2:4;


"Paderborn 07” - "Aysburq” - 0:1.


Xəbər lenti