Xəzər Xəbər

Fatih Terim biabırçı məğlubiyyətin cəriməsini ulduz futbolçularına kəsdi: İlin sonunda...

İdman | 11:21 • 9 Noyabr 2019
Fatih Terim biabırçı məğlubiyyətin cəriməsini ulduz futbolçularına kəsdi:

Çempionlar Liqasının qrup mərhələsində "Real Madrid”ə 6:0 hesabı ilə biabırçı şəkildə məğlub olan "Qalatasaray”ın baş məşqçisi Fatih Terim bəzi futbolçuları komandada görmək istəmir.

Mütəxəssis qış transfer pəncərəsində Belhanda, Feqouli, Mariano, Naqatomo və Serinin getməsini istəyir.

Son həftələrdə Superliqada əldə edilən nəticələri də nəzərə alan 66 yaşlı Terim bu futbolçuların göndərilməsi üçün idarə heyətinə müraciət edəcək. Onun prioriteti Çin və ərəb klublarından təkliflər alan Belhanda və Feqoulinin satılmasıdır.

Həmçinin, mövsümün sonunda müqavilə müddəti bitəcək Naqatomo və Marianonun satılması da maddi baxımnda klubun işinə yarayacaq.

"Qalatasaray” mərkəz üçün Ndiayenin icarəyə götürülməsini planlaşdırır.

Xəbər lenti