Xəzər Xəbər

"İnter" cərimələndi, Balotellinin ədəbsiz jesti isə...

İdman | 16:26 • 2 Noyabr 2019
"İnter" cərimələndi, Balotellinin ədəbsiz jesti isə...

İtaliyanın "İnter” klubu azarkeşlərinə görə cəzalanıb.

Milan təmsilçisinin fanatları A Seriyasının sonuncu – 10-cu turunun "Breşiya” ilə oyununda rəqib komandanın futbolçusu Mario Balotellinin ünvanına təhqiredici şüarlar səsləndiriblər.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "İnter” azarkeşlərinin bu hərəkətinə görə 5 min avro cərimələnib.

Balotelli 2007-2010-cu illər aralığında "İnter”də çıxış edib. Keçmiş komandasının azarkeşlərinin bu hərəkətini narazılıqla qarşılayan 29 yaşlı hücumçu, oyun zamanı onlara orta barmağını göstərib.

"Breşiya” – "İnter” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Fanat.Az

Xəbər lenti