Xəzər Xəbər

“Yuventus”un 45 milyon avroluq transfer planı

İdman | 18:30 • 1 Noyabr 2019
“Yuventus”un 45 milyon avroluq transfer planı

"Zalsburq”da performansı ilə diqqət çəkən Erlinq Holandla "Yuventus" da maraqlanmağa başlayıb.

"La Gazetta dello Sport” nəşri xəbər verir ki, Turin təmsilçisi qışda Avstriya klubuna təklif göndərəcək.

Xəbərdə "qoca sinyora"nın 45 milyon avroluq təklif göndərəcəyi qeyd edilib.

Parlayan ulduz bu il 20 yaşadək futbolçuların dünya çempionatında keçirilmiş Norveç – Honduras görüşündə (12:0) 9 qol vuraraq turnirin tarixinə düşmüşdü.

19 yaşlı futbolçu bu mövsüm "Zalsburq”da 15 matçda 22 qol vurub, 6 assist edib. O, Çempionlar Liqasında meydanda çıxdığı 3 görüşdə 6 dəfə fərqlənib.

Xəbər lenti