Xəzər Xəbər

Vidal "İnter"ə görə Çin klubundan imtina etdi

İdman | 18:22 • 1 Noyabr 2019
Vidal "İnter"ə görə Çin klubundan imtina etdi

"Barselona"da xoşbəxt olmadığını açıqlayan Arturo Vidal İtaliyanın "İnter" klubuna keçmək istəyir.

Çilili futbolçu keçmiş baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında oynamaq üçün Çinin "Şanxay SIPG" klubunun iki illik müqavilə təklifini rədd edib. 32 yaşlı futbolçu təklifi qəbul etsəydi, illik 10 milyon avro maaş alacaqdı.

"İnter"in Vidalı icarəyə götürmək üçün icarə təklifi yollayacağı iddia edilir.

Arturo Vidal bu mövsüm "Barselona"da 9 oyuna 3 qol vurub, 1 assist edib.

Xəbər lenti