Xəzər Xəbər

Lionel Messi yenidən Argentina millisinə dəvət olunub

İdman | 14:06 • 1 Noyabr 2019
Lionel Messi yenidən Argentina millisinə dəvət olunub

İspaniyanın "Barselona” futbol klubunun kapitanı Lionel Messi yenidən Argentina milli komandasına dəvət alıb.


Xezerxeber.az xəbər verir ki, 33 yaşlı hücumçu üç aylıq fasilədən sonra yenidən yığmanın heyətində çıxış edəcək.


Cənubi Amerika Futbol Konfederasiyası Lionel Messini avqust ayında üç aylıq cəzalandırıb. Buna səbəb hücumçunun Braziliyada keçirilən Amerika kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi olmuşdu.


Qeyd edək ki, Argentina yığması noyabrda Braziliya və Uruqvayla yoldaşlıq oyunları keçirəcək.

Xəbər lenti