Xəzər Xəbər

Bu gün “Neftçi” – “Qarabağ” oyunu ilə 10-cu tura start veriləcək

İdman | 10:32 • 1 Noyabr 2019
Bu gün “Neftçi” – “Qarabağ” oyunu ilə 10-cu tura start veriləcək

Noyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək.


Xezerxeber.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma oynanılacaq. İki əzəli rəqib "Neftçi” və "Qarabağ” klubları üz-üzə gələcək.


"Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.


Görüş "CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.


Turun digər üç görüşü noyabrın 2-3-də təşkil olunacaq.

Xəbər lenti