Xəzər Xəbər

“Yuventus” Merih Demiralı sata bilər

İdman | 15:46 • 31 Oktyabr 2019
“Yuventus” Merih Demiralı sata bilər

"Yuventus”türkiyəli müdafiəçisi Merih Demiralla qışda yolları ayıra bilər.

"La Gazetta dello Sport” xəbər verir ki, Turin klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu ilə "Atletiko" (Madrid), "Milan" və "Mançester Yunayted" maraqlanır.

"Yuventus" Merih Demiralın yerinə, Daniel Ruqani ilə də yolları ayıra bilər. Xəbərdə qeyd edilib ki, "Qoca sinyora" qış fasiləsində Ruqani və ya Demiralı satacaq.

Türkiyə millisinin üzvü bu mövsüm "Yuventus”da bir oyun keçirib.

"Fənərbaxça”da yetişən 21 yaşlı futbolçu "Sportinq” (Lissabon), "Alanyaspor” və "Sassuolo” klublarında da çıxış edib. "Yuventus” Türkiyə yığmasında 10 keçirən oyunçunu bu yay "Sassuolo”dan 18 milyon avroya transfer edib.

Xəbər lenti