Xəzər Xəbər

"Beşiktaş" - "Qalatasaray" derbisinin hakimi bəlli oldu

İdman | 14:29 • 23 Oktyabr 2019
"Beşiktaş" - "Qalatasaray" derbisinin hakimi bəlli oldu

Türkiyə Superliqasının 9-cu həftəsində baş tutacaq "Beşiktaş” - "Qalatasaray” derbisinin hakimi bəlli olub.

Həyəcanla gözlənən derbini baş hakim Mete Kalkavan idarə edəcək.

Kalkavanın köməkçiləri Ceyhun Sesigüzel və Esat Sancaktar olacaq. Dördüncü hakimlik Atilla Karaoğlana tapşırılıb.

VAR sisteminin başında Cüneyt Çakır dayanacaq. Kamera sisteminə isə Özgüç Türkalp və Bahattin Duran nəzarət edəcək.

Qeyd edək ki, matç 27 oktyabr, bazar günü Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Xəbər lenti