Xəzər Xəbər

"Qalatasaray" doğma meydanda "Sivasspor"u məğlub edib

İdman | 09:11 • 19 Oktyabr 2019
"Qalatasaray" doğma meydanda "Sivasspor"u məğlub edib

Oktyabrın 18-də futbol üzrə Türkiyə Superliqasının VIII turunun ilk qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Sivasspor"u qəbul edib.


Xezerxeber.az xəbər verir ki, "Türk Telekom" arenada baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 22-ci dəqiqədə İstanbul klubunun hücumçusu Florin Andone açıb. Rumıniyalı futbolçu qonaqları bir daha matçın 42-ci dəqiqəsində oyuna meydanın mərkəzindən başlamağa məcbur edib. Birinci hissə elə bu hesabla bitib 2:0. İkinci hissənin 69-cu dəqiqəsində Sivas təmsilçisi vurulan qollardan birinin əvəzini çıxa bilib. Arouna Kone çərçivəni dəqiq nişan alıb. Lakin meydan sahiblər cəmi 5 dəqiqə sonra hesab arasındakı fərqi yenidən yüksəldiblər. Rayan Babel komandasının üçüncü qolunu vurub. Bu da oyunda vurulan son qol olmayıb. Qonaqlar 84-cü dəqiqədə Erdoğan Yeşilyurtun qoluna sevinsələr də lakin bundan artığına gücləri çatmayıb. Beləliklə "Qalatasaray" doğma meydanda "Sivasspor"u 3:2 hesabı ilə məğlub edib.


Bu oyundan sonra "Qalatasaray" turnir cədvəlində 13 xalla ikinci, "Sivasspor" isə 12 xalla üçüncü pillədə qərarlaşıb.


Oktyabrın 19-21-də keçiriləcək turun digər oyunları aşağıdakılardır.


"Antalyaspor" – "Gənclərbirliyi"


"Başakşəhər" – "Göztəpə"


"Trabzonspor" – "Qaziantep"


"Ankaragücü" – "Beşiktaş"


"Kayserispor" – "Kasımpaşa"


"Alanyaspor" – "Rizəspor"


"Denizlispor" – "Fənərbağça"


"Konyaspor" – "Malatyaspor".

Xəbər lenti