Xəzər Xəbər

"El-Klasiko"nun tarixi dəyişdirildi

İdman | 14:46 • 18 Oktyabr 2019
"El-Klasiko"nun tarixi dəyişdirildi

İspaniya La Liqasında X turun "Barselona" - "Real Madrid" matçı oktyabrın 26-dan dekabrın 18-nə təxirə salınıb.

Bu barədə qərarı ötən gün yarışların keçirilməsi üzrə komitə qəbul edib.

Səbəb kimi Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalar göstərilib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Qeyd edək ki, "Barselona" etiraz aksiyaları üzündən artıq bəzi çətinliklər yaşayıb. La Liqada "Eybar"la növbəti matça komanda avtobusla yollanacaq. Hazırda "Real Madrid" 18 xalla birinci, "Barselona" 16 xalla 2-ci pillədədir (Report).

Xəbər lenti