Xəzər Xəbər

"Mançester Yunayted" "Liverpul" qarşısına De Xea və Poqbasız çıxacaq

İdman | 16:57 • 17 Oktyabr 2019
"Mançester Yunayted"

İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"u qəbul edəcək "Mançester Yunayted" oyuna ciddi itkilərlə çıxacaq.

Pol Poqba və David De Xea "qırmızı şeytanlar"a prinsipial matçda kömək etməyəcək. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşayer məlumat verib.

Bundan əlavə, Lyuk Şou, Fil Cons, Erik Bayi, Jessi Linqard da "Liverpul"a qarşı oynamayacaq. Antoni Marsialla Aaron Uan-Bissakanın meydana çıxıb-çıxmayacağı bəlli deyil.

"Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 20-si Bakı vaxtı ilə 19:30-da baş tutacaq.

Xəbər lenti