"Barselona”nın 16 yaşlı vingeri Ansu Fati İspaniya millisində debüt edib.
Fati İspaniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında Monteneqro ilə qarşılaşmanın(2:0) 80-ci dəqiqəsində meydana çıxıb.
Qvineya-Bisauda doğulan futbolçuİspaniya vətəndaşlığını alıb.
Fati bu mövsüm "Barselona”nın heyətində 6 oyun 2 qol, 1 assistlə yadda qalıb.