Xəzər Xəbər

"Real"da Modriç şoku "Barselona" ilə oyunu buraxacaq

İdman | 17:52 • 16 Oktyabr 2019
"Real"da Modriç şoku

Xorvatiya millisinin heyətində AÇ-2020-nin seçmə mərhələsində Uelslə oyunda (1:1) zədələnən Luka Modriçin durumuna aydınlıq gəlib.

"Marca" xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bir müddət komandasına kömək etməyəcək.

Modirç Madrid "Real"ının heyətində Çempionlar Liqasında "Qalatasaray"a, İspaniya La Liqasında "Barselona"ya qarşı görüşü buraxmalı olacaq.

"Real" "Qalatasaray"la oktyabrın 22-də, "Barselona" ilə isə oktyabrın 26-da qarşılaşacaq.

Xəbər lenti