Xəzər Xəbər

"Yuventus" Eriksenin transferində Rabyonu da istifadə etmək istəyir

İdman | 15:32 • 16 Oktyabr 2019
"Yuventus" Eriksenin transferində Rabyonu da istifadə etmək istəyir

"Yuventus" yayda PSJ-dən azad agent statusu ilə transfer etdiyi Adrien Rabyonu qışda satmağı planlaşdırır.

"Le10sport" xəbər verir ki, Mauriso Sarrinin planlarına daxil olmayan fransalı yarımmüdafiəçi Kristian Eriksenin transferi üçün "Tottenhem"ə təklif ediləcək.

Turin klubunda əsas heyət oyunçusuna çevrilməyən 24 yaşlı futbolçu bu durumdan xoşbəxt deyil.

PSJ-nin yetirməsi Kriştiano Ronaldodan sonra klubda ən çox maaş alan futbolçudur. Onun illik qazancı 9 milyon avrodur.

Rabyo bu mövsüm 4 oyun keçirib.

Xəbər lenti