Xəzər Xəbər

“Tottenhem” sabiq futbolçusunu geri qaytarıb

İdman | 13:46 • 15 Oktyabr 2019
“Tottenhem” sabiq futbolçusunu geri qaytarıb

İngiltərənin "Tottenhem” klubu hollandiyalı futbolçu Mişel Vormla müqavilə imzalayıb.


Xezerxeber.az-ın məlumatına görə, 35 yaşlı qapıçı yenidən London klubunda çıxış edəcək.


Mövsümün sonunadək anlaşmaya imza atan M.Vorm "Tottenhem”i ötən yay tərk edib. Müqaviləsi başa çatandan sonra klubsuz qalan hollandiyalı özünə komanda tapa bilməyib.


"Tottenhem”in əsas qapıçısı Uqo Loris zədələndiyi üçün qolkiper axtarışına çıxan londonlular M.Vormu azad agent kimi heyətinə qatıb.


Qeyd edək ki, U.Loris zədə səbəbindən 2019-cu ilin sonlunu buraxmalı olacaq.

Xəbər lenti