Avropa çempionatının seçmə mərhələ oyunları davam edir.
XəzərXəbər xəbər verir ki, bu gün VIII turun daha 7 görüşü keçiriləcək.
A qrupunda Bolqarıstanın qonağı olacaq İngiltərə yığması final mərhələsinə vəsiqəni rəsmilşdirə bilər. Bunun üçün "dumanlı albion" təmsilçisi qələbə qazanmalı, digər matçda isə Kosovo Monteneqroya uduzmalıdır.
B qrupunda liderlər Ukrayna ilə Portuqaliya qarşılaşacaq. Meydan sahibləri uduzmasa, final mərhələsinə vəsiqə qazanacaq. Portuqaliyanın buna nail olması isə Serbiyanın büdrəməsindən asılıdır.
Günün ən maraqlı oyunu H qrupunda keçiriləcək. Eyni xala malik Türkiyə ilə Fransa üz-üzə gələcək. İki komandadan biri final mərhələsində vəsiqə əldə edə bilər.
AVRO-2020
Seçmə mərhələ
VIII tur, 14 oktyabr
A qrupu
22.45 Kosovo - Monteneqro
22.45 Bolqarıstan - İngiltərə
1 | İngiltərə | 5 | 4 | 0 | 1 | 20:6 | 12 |
2 | Çexiya | 6 | 4 | 0 | 2 | 11:9 | 12 |
3 | Kosovo | 5 | 2 | 2 | 1 | 10:10 | 8 |
4 | Monteneqro | 6 | 0 | 3 | 3 | 3:13 | 3 |
5 | Bolqarıstan | 6 | 0 | 3 | 3 | 5:11 | 3 |
B qrupu
22.45 Ukrayna - Portuqaliya
22.45 Litva - Serbiya
1 | Ukrayna | 6 | 5 | 1 | 0 | 13:1 | 16 |
2 | Portuqaliya | 5 | 3 | 2 | 0 | 13:4 | 11 |
3 | Serbiya | 5 | 2 | 1 | 2 | 10:12 | 7 |
4 | Lüxemburq | 6 | 1 | 1 | 4 | 5:11 | 4 |
5 | Litva | 6 | 0 | 1 | 5 | 4:17 | 1 |
H qrupu
22.45 Moldova - Albaniya
22.45 İslandiya - Andorra
22.45 Fransa - Türkiyə
1 | Türkiyə | 7 | 6 | 0 | 1 | 15:2 | 18 |
2 | Fransa | 7 | 6 | 0 | 1 | 20:4 | 18 |
3 | İslandiya | 7 | 4 | 0 | 3 | 10:10 | 12 |
4 | Albaniya | 7 | 3 | 0 | 4 | 10:10 | 9 |
5 | Andorra | 7 | 1 | 0 | 6 | 1:14 | 3 |
6 | Moldova | 7 | 1 | 0 | 6 | 2:18 | 3 |