Xəzər Xəbər

Ronaldonun adı stadiona veriləcək

İdman | 11:44 • 13 Oktyabr 2019
Ronaldonun adı stadiona veriləcək

Portuqaliyanın "Sportinq” klubunun stadionu Kriştiano Ronaldonun adını daşıya bilər. Klub bu qərara gəlib.


"Sportinq”in prezidenti Frederik Varandaş qeyd edib ki, bu fikri uzaq gələcəyə saxlamaq istəmirlər: "Kriştiano klubumuzun ən böyük simvollarından biri olub və olacaq. Bizim gənclər akademiyasının divarında onun liderlik, nizam-intizam haqqında sitatı əks olunub. Kriştiano Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı idmançısıdır”.


Qeyd edək ki, Ronaldo karyerasına "Sportinq”də başlayıb və 2003-cü ilə qədər bu klubun şərəfini qoruyub. "Sportinq”in heyətində o, Portuqaliya Superkubokunu qazanıb.

Xəbər lenti