Xəzər Xəbər

"Barselona"dan Messiyə qeyri-adi müqavilə təklifi

İdman | 17:48 • 12 Oktyabr 2019
"Barselona"dan Messiyə qeyri-adi müqavilə təklifi

"Barselona" Lionel Messiyə yeni müqavilə təklif etmək niyyətindədi.


Yeni anlaşma argentinalı ulduzun həm futbolçu, həm də ondan sonrakı karyerasını əhatə edəcək.


Belə ki, Messinin klubla mövcud müqaviləsi 2021-ci ilin iyununda bitəcək. "Barselona" bu müddəti ən azı 2022-ci ilin yayınadək uzatmaq istəyir.


Kataloniyalılar həmçinin futbolçuya futboldan kənar 10 illik müqavilə təklif etmək niyyətindədi. Beləliklə, Messi karyerasını bitirdikdən sonra 10 il klubun brendinə ail ola bilər.


Qeyd edək ki, Messi 2005-ci ildən çıxış etdiyi "Barselona"da keçirdiyi 692 oyunda 604 qol vurub.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar