Xəzər Xəbər

Daha bir şahmatçımız DÜNYA ÇEMPİONU oldu

İdman | 14:41 • 12 Oktyabr 2019
Daha bir şahmatçımız

Hindistanın Mumbay şəhərində keçirilən yeniyetmələrin Dünya Çempionatında şahmatçımız Aydın Süleymanlı 11 oyundan 9 xal toplamaqla Dünya Çempionu titulunu qazanıb.

Aydın 14 yaşa qədər şahmatçılar arasında Dünya Çempionatında bir oyun belə məğlub olmadan qızıl medala doğru irəliləyib. A.Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

Aydın həm də ikiqat Avropa Çempionu və bir dəfə Dünya birinciliyində bürünc medal sahibidir.

Dünyaca məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov Aydının oyunlarını izlədiyini bildirib və onu qələbə ümünasibətilə təbrik edib.

Xəbər lenti