Xəzər Xəbər

Mourinyo işləyəcəyi klubu seçdi

İdman | 13:44 • 11 Oktyabr 2019
Mourinyo işləyəcəyi klubu seçdi

"Mançester Yunayted"dən ayrıldıqdan sonra işsiz olan Joze Mourinyo gələcək karyerası ilə bağlı seçim edib.


Bu barədə Fransanın "Lion” klubunun prezidenti Jan-Mişel Olyas açıqlama verib.


Klub rəhbəri bildirib ki, portuqaliyalı mütəxəssis onların təklifindən imtina edib: "Biz onunla mesajlaşdıq. Söhbətimiz çox xoş keçdi. Amma bizim təklifimizi qəbul etmədi. Çünki özünün yeni klubunu müəyyənləşdirib”.


Qedy edək ki, Mourinyonun "Real” və "Tottenhem”in baş məşqçi postuna namizəd olduğu deyilir.


Fanat.Az

Xəbər lenti