Xəzər Xəbər

"Məni Tanrı adlandıranlar çox şişirdirlər" Messi

İdman | 11:44 • 10 Oktyabr 2019
"Məni Tanrı adlandıranlar çox şişirdirlər"

"Barselona”nın kapitanı Lionel Messi İspaniyanın "RAC1” radiosuna geniş müsahibə verib.

Argentinalı hücumçu bir çox məsələlərdən danışıb.

Ronaldo haqqında: "Ronaldonun "Real”da qalıb oynamasını istəyərdim. O, "El Klassikol”lara rəqabət qatır. Bununla belə, "Real” mübarizəni davam edəcək. Çünki onlar yaxşı oyunçulara sahibdirlər. Amma artıq komandanın itkisini hiss edəcəyini söylədim. Ancaq onların hər bir titul uğrunda mübarizə aparmalarına imkan verən çox sayda oyunçulara və zəngin tarixə malikdirlər ".

Ən yaddaqalan qolu barədə:"Bunu dəfələrlər demişəm, Çempionlar Liqasında "Roma”ya qarşı və finalda "Mançester Yunayted”ə qarşı vurduğum qollar”.

Neymar və Qrizmann haqda:"Həqiqətən fikirləşirdim ki, Neymar yay transfer pəncərəsində komandaya qayıdacaq. Ən azından hesab edirdim ki, buraya gəlmədiyi halda, "Real”a transfer olunacaq. O, PSJ-ni tərk etmək ərəfəsində idi. Düşünürəm ki, Florentino Perez onu "Real"a gətirmək üçün nəsə edə bilərdi. Ancaq PSJ ilə danışıq aparmaq olduqca mürəkkəbdir. "Barselona"da oynamaq asan deyil. "Barsa" fəlsəfəsini başa düşməyən digər klubdan gələn hər oyunçu üçün uyğunlaşmaq çətindir. Amma Qrizmannla bağlı heç bir şübhəmiz yoxdur. O, ağıllı və səviyyəli futbolçudur. Get-gedə o da fəlsəfəmizə uyğunlaşacaq. Qrizmannın "Barselona"ya gəlməsini istəməməyim barədə deyilənlər dəqiq yalandır. Güclü futbolçular üçün bu klubun qapıları hər zaman açıqdır".

"Barselona”dan getmək istədiyi barədə:"Bu fikir mənim ağlımda çoxdan var idi. Mən nəinki Barselonanı, hətta İspaniyanı tərk etmək istəyirdim. Hiss edirdim ki, məni burada incidirlər və daha klubda qalmaq istəmirdim. Mənə bir çox klubdan təklif var idi, amma heç vaxt rəsmi təklifim olmadı. Çünki hamı mənim "Barselona"da davam etmək istəyimi bilirdi. 2013 və 2014-cü illərdə maliyyə məsələləriylə bağlı problemlər ortaya çıxdı. Bu, mən və ailəm üçün çətin idi. Bir çox insan mənim hansı hisslər keçirdiyimi bilmir. Burada çox məmnunam və fikrim "Barselona"da qalmaqdır. Heç nə dəyişməyib. Artıq aydın olur ki, karyeramı burada bitirəcəm. Bu, mənim və ailəmin fikri, və kluba, şəhərə aid olan hisslərimdir. Uşaqlarımın dostluğunu, onların ətraflarını dəyişdirmək və ya bunun pozulmasını istəməzdim. Mən bu klubla yaşamalıyam".

Valverde haqqında:"Yarımfinalda "Liverpul”a məğlub olmaq bizim səhvimiz idi. Bu hal "Roma” ilə oyundan sonra yenidən yaşandı. Komanda olaraq qərar verdik ki, o qalıb buradakı işini davam etdirməlidir. Biz Luis Enrike və ondan əvvəl gələn məşqçilər kimi onu da sevir və dəstəkləyirik”.

"Qızıl top" haqda:"Bu mükafatı qazanmamağım mənimçün üzücü olmaz. Belə mükafatlar çox gözəl tanıtımdır, lakin mənimçün onları qazanmaq prioritet deyil. Yeni mövsüm Çempionlar Liqasını qazana bilməmək daha üzücü olardı. Sonuncu dəfə bu titulu qazanmağımızdan 5 il keçir”.

Ona olan münasibət haqda:"Azarkeşlərin məni Tanrı adlandırmalarını xoşlamıram. Olduqca şişirdiblər. Övladlarım da bu fikirləri eşidir və təkrarlayırlar. Onlar məni "Vamos (irəli) Leo Messi" adlandırırlar".

Oğlu haqda:"Mateo nadinclik edəndə onu küncə qoyuram ki, sakitləşsin. O isə küncə doğru qaçır və qışqırır: "Künc zərbəsi tez yerinə yetirildi... Origi!”

/Qol.az/

Xəbər lenti